Umayra Tağıyeva: Mayın axırınadək frontal proseslər gözlənilmir

"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq".

BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib.

U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar:

“Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən xoşagəlməyən güclü küləklərlə, respublikanın rayonlarında isə, xüsusilə dağlıq və dağətəyi rayonlarda ildırım, dolu və leysan yağışlarla müşayiət olunur.

Dəyişkənlik, fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daima yerdəyişməsi səbəbindən yaranır. Bu ona görə baş verir ki, bizim planetin hər bir ərazisi günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa  güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir”.

U.Tağıyevanın sözlərinə görə, faktiki hava üzərində müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur:

“Böyük həcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparırlar. Lakin, insan iştirakı olmadan keçinmək mümkün olmur. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir”. 

Xidmət rəisi bildirib ki, yaz dövründə kifayət qədər tez-tez lokal, kütlədaxili  proseslər müşahidə olunur. Onlar həm də relyefin xüsusiyyətlərinə görə müəyyənləşdirilir ki, bunu da kompüter modelləri sadəcə olaraq nəzərə almaq iqtidarında deyillər:   

“Bax elə yaxın günlərdə, demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin, həmin kütlədaxili  proseslər istisna deyil. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman,  yaz-yay dövrü üçün səciyyəvi  olan iri həcmdə, sürətlə yaranan və  yuxarı təbəqələrə qalxan məhz isti hava kütlələri nəticəsində dolunun yaranması üçün şərait yetişir. Bu proseslər bir qayda olaraq, bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur”.

U.Tağıyevanın sözlərinə görə, bu il aprel ayından başlayaraq ölkəmizin ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub:

“Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq görərik ki, əgər 2000 – 2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişilib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb.  2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb.    

Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas vardır.  Sinoptiklərin işi isə bütün bu hadisələrin gözlənilməz olmamasından  ibarətdir”.

BakuCity.az

Umayra Tağıyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də...
Kriminal
Bakıda sərt karantin rejimini pozan növbəti obyekt aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları Nəriman Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində karantin qaydalarına zidd olaraq keçirilən məclisin qarşısını alıb. BakuCity.az xəbər verir ki, paytaxt polisindən məlumata görə, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib və məclis təşkil ediblər. Polisin əməliyyatı zamanı məclisin 27 i...
Kriminal
Bakının Qaradağ rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qadın özünü binadan yerə atıb.  1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (apa) BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib. BakuCity.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adрanom Qebreyesus bildirib. Baş direktorun qeyd etdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib. T.A.Qebreyesus bildirib ki, son bir həftə ərzində...
Biznes
İyulun 4-də Bakıdan İstanbula əlavə xüsusi reys yerinə yetiriləcək. Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək. Bu barədə BakuCity.az-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib. Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb. Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutu...
Ekologiya
Bakıda 3 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm...
Cəmiyyət
Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BakuCity.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inziba...
Cəmiyyət
İyulun 2-si Azərbaycanda Polis Günüdür. BakuCity.az xatırladır ki, bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1...
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...