Binəqədidə əl qumbarası tapıldı - FOTO

Binəqədidə əl qumbarası tapıldı - FOTO

Binəqədidə əl qumbarası tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. 

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. 

Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, təlim-tədris təyinatlı və döyüş tətbiqinə yararsız olan 1 ədəd əl qumbarasıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Binəqədidə əl qumbarası tapıldı - FOTO, fotoşəkil-1 Binəqədidə əl qumbarası tapıldı - FOTO, fotoşəkil-2 Binəqədidə əl qumbarası tapıldı - FOTO, fotoşəkil-3 Binəqədidə əl qumbarası tapıldı - FOTO, fotoşəkil-4 Binəqədidə əl qumbarası tapıldı - FOTO, fotoşəkil-5

BakuCity.az

Binəqədi Əl qumbarası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər