Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı yaralanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır. (report)
BakuCity.az