Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO

Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Rayonda yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, oğlu 2009-cu il təvəllüdlü A.Z-nin baş nahiyəsinə yumruq və bıçaqla xəsarət yetirib.

Aldığı zərbələrdən huşunu itirən azyaşlı əraziyə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə A-Z.-nin dilənmək istəmədiyinə görə baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub. (report)

Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO, fotoşəkil-1 Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakıda Ata 11 yaşlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər