Təhsil nazirliyi vacib MƏLUMAT yaydı

Təhsil nazirliyi vacib məlumat yayıb.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib.

BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:

1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.

2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üztrə müvafiq fənn üzrə balı “60” və qiyməti “3” olan təhsil alanın illik bal və qiyməti də müvafiq balı “60”, qiyməti “3” kimi müəıyyən edilsin.

Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.

İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur.

3. Bununla yanaşı məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmriilə təsdiq edilmiş. “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi ahqqında müvəqqəti qaydalar”a əsasən 1-3 fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirldərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamnda 4 və artıq fəndən illik “qeyri-kafi” qiyməti alan, habelə dərs məşğllərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.

Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

4. Hər hansı fənn üzrə illik qiyməti “3” və ya “4” olan bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanui nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı ballar və tədris ilinin birinci yarımilik ballarının ədədi ortası kimi hesablanır və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. Məsələn, I yarımildə hər hansı fənn üzrə balı “60” olan şagird yenidən qiymətləndirmədə iştirak edərək, “80” bal toplamışsa, onun illik balı “70” bal olur və müvafiq olaraq “4” qiymətinə uyğunlaşdırılır.

5. 2019-2020-ci tədris ilinin 1-ci yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən II-VIII və X siniflər üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə növbəti tədris ili başlayanadək ümumi təhsil ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illikbalları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

6. 2019-2020-ci tədris ilinin I yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən IX və X siniflər üzrə təhsilalanların illik balı “30” bal, qiyməti isə müvafiq olaraq “2” müəyyən edilir.

7. Beynəlxalq akkreditə edilmiş proqramlar üzrə və ya xarici ölkələrdə təhsil almış və 2019-2020-ci tədris ilinin II yarımilində dövlət ümumi təhsil müəssisələrində yerdəyişmə etmiş II-VIII və X siniflər üzrə təhsilalanların illikqiyməti ümumi təhsil müəssisələri tərəfindən növbəti tədris ili başlayanadək təşkil edilən qiymətləndirmə nəticəsində müəyyən edilir.

8. Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən edilir.

Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmə” hissəsində növbəti yanaşı sütunlarda , eyni zamanda “şagirlərin təlim nailiyyətləti nhaqqında yekun məlumat” hissəsində “Payız imtahanı” bölməsində qeyd olunur.

Bütün qiymətləndirmələr yükunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının “şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat” hissəsində “saatların miqdarı” bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.

Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumi təhsil müəssisələri tərəfindən “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumi təhsil müəssisəsinə gələrkən sanitar-epidemoloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).

Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifədən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası” təsdiq edilib. “Ümumtəhsil pilləsində təhsilalanaların attestasiyasının (məktəbdaxili qiyməıtləndirilmə) aparılmasının müvəqqəti qaydası” 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

BakuCity.az

Təhsil Nazirliyi Vacib
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayıb. Ermənistan mediasının "qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin o qədər də cəsur olmadıqları görünür. BakuCity.az xəbər verir ki, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir. Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür. (gapp.az) BakuCity.az
Siyasət
Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb. BakuCity.az xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib. Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll y...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Bu barədə BakuCity.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat ve...
Hakimiyyət
Azərbaycan ordusu iki erməni zabitlərini məhv edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində düşmən ordusunun iki yüksəkrütbəli zabiti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. Ş. Stepanyan bildirib ki, ölən erməni hərbçiləri mayor və kapitan rütbələrində olub. Mayor Qaruş Hambartsumyan, kapitan Sos Elbakyan məhv edilib.  BakuCity.az
Ekologiya
Bakıda 15 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətind'n BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-32, Bakıda  gecə 23-25, gündüz  30-...
Cəmiyyət
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq. BakuCity.az xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.  BakuCity.az
Cəmiyyət
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. BakuCity.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İ...
Cəmiyyət
COVID-19-a yoluxanlardan 356 nəfəri reanimasiyadadır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb. BakuCity.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8617 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 356 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 24 570 nəfər virusa yoluxub, 15 640 nəfər sağalıb. Qeyd olunub ki, ötən gün 8015 te...
Cəmiyyət
"Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil". BakuCity.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq: "Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdır. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən...