Daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb.

Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.

BakuCity.az

Azərbaycan Koronavirus Yoluxdu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 537 nəfər yoluxub, 7 nəfər ölüb. Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az-a xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfə...
İdman
"Rıbkanın gedişinə qarşı deyilik". "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın ukraynalı qapıçısı Aleksandr Rıbkanın ölkəsinin mətbuatına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. BakuCity.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Report"a açıqlamasında 33 yaşlı qolkiperin ölkəsinə gedişinə qarşı olmadıqlarını bildirib. Hacıyevin sözlərinə görə, təcrübəli oyunçunun 1 illik müqaviləsi qaldığından Azərbaycana qayıdışında problem olmayac...
Cəmiyyət
Koronavirusun demək olar ki, hər şeyi unutdurduğu və ya fona keçirdiyi bir dövrdəyik. Amma  unutmalı olmadığımız  bir yer var – CƏBHƏ  XƏTTİ. Azərbaycanın Ermənistanla cəbhə xəttindən danışırıq. Çoxunun bu sərhəddin hansı uzunluqda olmasından  xəbəri yoxdur. Googleyə baxmayın, özüm deyirəm - 246 kilometr. Bu, kəmiyyət ölçüsüdür.   Bəs, tale xətti cəbhə xətti ilə kəsişən şəxslərin yaşadıqlarının keyfiyyət parametrlərini  necə ölçək? Məsələn, ümidlərin, Vətə...
Cəmiyyət
Bakı səmasında naməlum obyekt əhalini təşvişə salıb. BakuCity.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində görüntülənən naməlum obyekt böyük marağa səbəb olub. Naməlum obyekti yaxınlıqda yaşayan şəhər sakini kamera ilə videogörüntüyə alıb. Kadrlarda nəməlum obyektin hərəkət etdiyi aydın görünür.o Amma obyekt uzaqda göründüyü üçün şəhər sakinlərinin təşvişinə səbəb olub. (ölkə.az) BakuCity.az
Ekologiya
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin qoxu yayılıb. “İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub”. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib. Vasif Əliyev qeyd edib ki,...
İdman
“Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək”. "Son aylar dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezi...
Ekologiya
Bakıda 8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.  Abşeron...
Cəmiyyət
Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək? Xəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. İyulun 20-dən sonra karantin rejiminin mərhələli şəkildə yumşaldılması gözlənilir. İyulun 20-dən sonra Azərbaycanda toyların keç...
Siyasət
Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib. "Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ik...