Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlumdur - FOTO / VİDEO

Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlumdur - FOTO / VİDEO

Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub.

Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik.

BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib.

Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub:

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib. Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir.

Həmçinin oxu: Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər - VİDEO

Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir. Yekun qərar olduqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.

Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlumdur - FOTO / VİDEO, fotoşəkil-1

BakuCity.az

Narkotik İynə İtləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər