Antoni Fauçi: Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər

Antoni Fauçi: Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər

"Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər". 

BakuCity.az xəbər verir ki, bu barədə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun direktoru Antoni Fauçi “CNN”ə müsahibəsində deyib.

A.Fauçinin sözlərinə görə, ilin sonuna kimi peyvəndin hazırlanması üçün yaxşı imkanlar var: “Bizim yaxşı imkanımız var, əgər hər şey öz yerinə düşərsə, noyabr-dekabr aylarınadək peyvəndi hazırlaya bilərik”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hazırda COVİD-19 virusu əleyhinə 10 peyvəndin klinik sınaqlarının həyata keçirildiyini açıqlayıb. 

BakuCity.az

Antoni Fauçi Koronavirus Peyvəndi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər