Bakıda iki avtobus toqquşdu: ölən var - VİDEO

Bakıda iki avtobus toqquşdu: ölən var - VİDEO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

BakuCity.azxəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur. 

Hadisə nəticəsində ölən və yaralananlar var. 

TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəfər vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

BakuCity.az

Bakıda İki avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər