Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? - AÇIQLAMA

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayıb başlamamsı ilə bağlı fikirlər söylənib.

"Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".

BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

"Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır".

Bunu isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may tarixində keçirilən brifinqində deyib

Maraqlıdır, ölkədə pandemiya statistikasını nəzərə alsaq, hazırda ikinci dalğanı yaşayırıq?

Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sonxeber.az-a açıqlama verib. O, bu barədə heç bir məlumatının olmadığunu bildirib:

"Bu bərədə mən bir söz deyə bilmərəm, belə bir hesablama yoxdur. Bu barədə dəqiq məlumat yoxdur".

Tibb eksperti Adil Qeybulla isə məsələyə tibbi baxımdan yanaşaraq hazırda ölkmizdə pandemiyanın ikinci dalğasının yaşanmadığını açıqlayıb. Ekspert qeyd edib ki, dalğalanma hər artımda müşahidə edilən proses deyil, sönərək yenidən alovlanan prosesdir:

"İkinci dalğanın yaranması prosesində sönmə və yenidən başlama mərhələsi müşahidə edilir. Ümumiyyətlə bütün dünya üzrə götürəndə ikinci dalğadan danışmaq hələ tezdir. Çünki hələ bəzi ölkələrdə problem lokallaşdırılıb. Məsələn Çini buna misal göstərmək olar. Bəzi ölkələrdə isə virusun yayılması davam edir. Müasir təbabətin əlində xeyli imkanlar olmasına baxmayaraq görünən odur ki, hələ pandemiya ilə mübarizədə effektiv tədbirlər mexanizmi ortada deyil. Biz yay aylarının sonu və payızda hansı mənzərə ilə qarşılaşacağımızı deyə bilmərik".

Tibb eksperti həmçinin rayonlarda koronavirusun yayılma arealına da münasibət bildirib. Adil Qeybulla xəstəliyin yayılma coğrafiyasının artmasını icazələr zamanı insanların sosial izolyasiya qaydalarını pozması nəticəsində baş verdiyini qeyd edib:

"Əvvəl düşünürdük ki, Azərbaycanda görülən sərt karantin tədbirləri infeksiyanı lokallaşdırmağa imkan verəcək. Doğrudan da rayonlarda demək olar ki, infeksiya yox idi. Bakı şəhərində xəstəlik lokallaşdırılmış və Azərbaycanda pandemiya ilə bağlı çox yaxşı nəticələr vermişdi. Buna baxmayaraq karantin dövründəki icazələr zamanı insanlar qaydaları pozmağa başladılar. Bu onu göstərirdi ki, yoluxma coğrafiyası həm genişlənəcək, həm dinamikası artacaq. Həmin məqamın yaşanması da çoxsaylı itkilər deməkdir. Mən düşünürəm ki, biz xroniki olaraq ən azı bir dalğa da yaşaya bilərik. ÜST-ün konkret tövsiyyələri ortada olmalıdır ki, bütün dövlətlər ona riayiət etsin".

BakuCity.az

Azərbaycan Koronavirus Dalğası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayıb. Ermənistan mediasının "qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin o qədər də cəsur olmadıqları görünür. BakuCity.az xəbər verir ki, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir. Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür. (gapp.az) BakuCity.az
Siyasət
Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb. BakuCity.az xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib. Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll y...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Bu barədə BakuCity.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat ve...
Hakimiyyət
Azərbaycan ordusu iki erməni zabitlərini məhv edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində düşmən ordusunun iki yüksəkrütbəli zabiti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. Ş. Stepanyan bildirib ki, ölən erməni hərbçiləri mayor və kapitan rütbələrində olub. Mayor Qaruş Hambartsumyan, kapitan Sos Elbakyan məhv edilib.  BakuCity.az
Ekologiya
Bakıda 15 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətind'n BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-32, Bakıda  gecə 23-25, gündüz  30-...
Cəmiyyət
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq. BakuCity.az xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.  BakuCity.az
Cəmiyyət
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. BakuCity.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İ...
Cəmiyyət
COVID-19-a yoluxanlardan 356 nəfəri reanimasiyadadır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb. BakuCity.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8617 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 356 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 24 570 nəfər virusa yoluxub, 15 640 nəfər sağalıb. Qeyd olunub ki, ötən gün 8015 te...
Cəmiyyət
"Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil". BakuCity.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq: "Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdır. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən...