Bakıda karantin rejimini pozan kafelər var - FOTO

Bakıda karantin rejimini pozan kafelər var - FOTO

Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafesində isə iki nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. (report)

Bakıda karantin rejimini pozan kafelər var - FOTO, fotoşəkil-1 Bakıda karantin rejimini pozan kafelər var - FOTO, fotoşəkil-2 Bakıda karantin rejimini pozan kafelər var - FOTO, fotoşəkil-3 Bakıda karantin rejimini pozan kafelər var - FOTO, fotoşəkil-4 Bakıda karantin rejimini pozan kafelər var - FOTO, fotoşəkil-5

BakuCity.az

Kafe Karantin Rejim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər