• Ana səhifə
  • Şənbə günü Bakıda gözlənilən hava şəraiti - PROQNOZ
13:04, 29 may 2020

Şənbə günü Bakıda gözlənilən hava şəraiti - PROQNOZ

Şənbə günü Bakıda gözlənilən hava şəraiti - PROQNOZ

30 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

BakuCity.az

#Şənbə günü #Bakıda #Hava

Şərhlər

Elan
live comments feed...