Mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur.

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir.

Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

BakuCity.azxəbər verir ki, bununla bağlı millət vəkili Cavid Osmanov danışıb. Deputat son günlərin statistikasının narahatedici olduğunu deyib:

"Yoluxanların sayı artma dinamikası ilə davam edir. Bu çox təəssüfləndirici haldır. Görünən odur ki, bəzi vətəndaşlarımız sosial məsuliyyətlərini dərk etmir, bu xəstəliyin varlığına inanmırlar. Xəstəliyin olmaması ilə bağlı fikirlər irəli sürürlər. Onlar özləri bilmədən cəmiyyətdə koronavirusun sürətlə yayılmasına səbəb olurlar.

Düşünürəm ki, yoluxanların sayı bu cür artma dinamikası ilə davam etsə, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimində sərtləşməyə doğru gedə bilər".

C.Osmanov əlavəsində bildirib ki, ölkədə gün ərzində koronavirusa yoluxanların sayının 200-ə yaxınlaşması dövləti narahat edir. Bu səbəbdən də ola bilər ki, insanlarımızı qorumaq üçün karantin rejimində yenidən sərtləşmə olsun. (sonxeber.az)

BakuCity.az

Mayın 31 Karantin Rejimi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər