Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü?
“Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”.
BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib.
“Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar artmasaydı, daha da geniş yumşalmalara getmək olardı”- deyə İ.Məmmədov əlavə edib.
BakuCity.az