Azərbaycanda şəhərin mərkəzində ayı görünüb - VİDEO

Azərbaycanda şəhərin mərkəzində ayı görünüb - VİDEO

Şəhərin mərkəzi küçələrində ayı dolaşır.

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

BakuCity.az

Şəhərin mərkəzi Ayı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər