Ayı Altıağac Milli Parkına aparılacaq

Ayı Altıağac Milli Parkına aparılacaq

Şəkinin mərkəzi küçələrində gəzən ayı Altıağac Milli Parkına aparılacaq.

"Şəkinin mərkəzində olan ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq".

BakuCity.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Həmçinin oxu: Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi

"Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur".

A.Səmədova qeyd edib ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir.

Həmçinin oxu: Azərbaycanda şəhərin mərkəzində ayı görünüb - VİDEO

"Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”, - deyə rəis müavini bildirib.

BakuCity.az

Ayı Altıağac Mərkəzi Parkı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər