Bakıda naməlum şəxslər ər və arvadı döydü

Bakıda naməlum şəxslər ər və arvadı döydü

Bakının Nizami rayonunda iki nəfər döyülüb, onlardan biri bıçaqlanıb.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Qara Qarayev prospekti, 71 ünvanında baş verib.

Binanın həyətində 1992-ci il təvəllüdlü Manafov Nurlan Dövran oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Vəlizadə Səidə Əkrəm qızı üç nəfər tərəfindən döyülüb.

N.Manafov ayağından bıçaqlanıb. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

BakuCity.az

Döydü Bıçaqladı Ər və arvad
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər