Maskalarla bağlı cərimələr təsdiqləndi - MƏBLƏĞ

Maskalarla bağlı cərimələr təsdiqləndi - MƏBLƏĞ

Maskalarla bağlı cərimələr təsdiqlənib.

Parlamentin dünən keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə edilib.

BakuCity.azxəbər verir ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlıdır.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək.

BakuCity.az

Maskalarla Cərimələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər