Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

BakuCity.az

Hava Proqnoz Bakıda
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər