Azərbaycanda 12 nəfərin yoluxduğu kənddən VİDEOREPORTAJ

Azərbaycanda 12 nəfərin yoluxduğu kənddən VİDEOREPORTAJ

Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən videoreportaj hazırlanıb.

Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

BakuCity.az xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayırır.

Kənddə koronavirusa yoluxanlar üç ailənin üzvləridir. Hazırda həmin şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar. Onların ailə üzvləri və təmasda olduğu 20 nəfərə yaxın şəxs isə öz evlərində karantinə alınıblar. Tibbi nəzarətə götürülən həmin şəxslərdə yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə test aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq karantinə alınan şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər həkimlər tərəfindən diqqətdə saxlanılır.

Hazırda Köhnə Xaçmaz kəndində vətəndaşlarla fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Yaşayış məntəqəsində insanların kompakt toplaşdığı yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işləri aparılıb. (azərtac)

BakuCity.az

Kənd Videoreportaj Yoluxduğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər