Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır

Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır.

Bakıda olan bir neçə alış-veriş mərkəzi Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək yenidən fəalittətə başlayıb.

BakuCity.az-ın verdiyi məlumata görə, “Gənclik Mall” və “28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:

“Mall”ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyət maska və əlcəklərdən istifadə etsin. “Mall”larda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir”.

Əlavə olunub ki, əgər "mall"ların mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.

"Park Bulvar" alış-veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, “mall”un həftədə bir dəfə pəşəkar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir:

“Ticarət mərkəzi 31 may tarixindən fəaliyyətə başlayıb. Cinema, uşaq əyləncə mərkəzləri, kafe və restoranlardan başqa digər obyektlər işlək vəziyyətdədirlər. Girişlərdə və o cümlədən mağazalarda əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb. Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya olunur.

Ancaq həftədə bir dəfə də, peşəkar dezinfeksiyaedici şirkət tərəfindən bu işlər görüləcək. Müştərilərə məsafənin qorunması ilə bağlı xəbərdarlıqlar olunur, “mall”un içərisində davranış qaydaları barədə anonslar səsləndirilir. İnsanların daha çox olduqları ərazilərdə afişalar asılıb və orada da virusun qarşısını almaq üçün nələrə əməl etməyimiz tələb olunur gəstərilib”.

"Metro Park" ticarət mərkəzi isə sosial məsafə və davranış qaydalarına əsasən yarı heyətlə fəaliyyət göstərir:

“Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, müştərilər ticarət mərkəzlərinə maskasız daxil ola bilməzlər. Buna görə də, girişdə mühafizə xidmətinin əməkdaşları bu qaydalara riyayət edilməsi üçün nəzarət edirlər.

Eyni zamanda “mall”un girişində insanların hərarətini yoxlamaq üçün elektron istilik ölçən və dezinfeksiyaedici məhlullar quraşdırılıb. Bundan əlavə qeyri-iş saatlarından “mall” tam olaraq dezinfeksiya olunur. Ticarət mərkəzinin daxilində davranış qaydaları və gigiyenaya nəzarət qaydaları barədə afişalar asılıb, monitorlarda reklamlar dayandırılıb, yalnız pandemiya ilə əlaqədar şüarlar səsləndirilir”.

BakuCity.az

"Mall"lar Bakı Ticarət mərkəzləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənilərin dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqdan məlumat verilib. Verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu mü...
Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...