IX və XI sinif şagirdlərinin imtahan vaxtı bəlli oldu

IX və XI sinif şagirdlərinin imtahan vaxtı bəlli oldu

Buraxılış imtahanlarının vaxtı açıqlanıb.

IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.

BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. 

DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli DİM-in saytına yerləşdiriləcək. 

Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.  

Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində sayta yerləşdiriləcək.

BakuCity.az

xeberler azerbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər