AzTV-də koronavirus həyacanı: karantinə alındı

AzTV-də koronavirus həyacanı: karantinə alındı

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb.

BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib:

"Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.

BakuCity.az

AzTv
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər