Nazirliyin postuna fərqli namizədlərin adları çəkilir.
Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır.
Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır.
BakuCity.az xəbər verir ki, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir.
Həmçinin oxu: Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM
Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir.
Qeyd edək ki, Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir. (365.az)
BakuCity.az