SMS icazə bərpa ediləcək? - RƏSMİ

SMS icazə bərpa ediləcək? - RƏSMİ

“Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”.

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirdiyi brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir. Sədrin dediyinə görə, bununla bağlı qərar isə bu gün veriləcək:

“Zəruri işləməli olan müəssisələrin işçilərinin sayı məhdudlaşdırılacaq. Xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə getmək lazım olanda, zəruri xidmət sahələrində küçəyə çıxmağa SMS vasitəsilə icazə veriləcək. İctimai və fərdi nəqliyyatdan istifadəyə icazə verilməyəcək”.

Sədr qeyd edib ki, şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin fəaliyyəti davam etdiriləcək. Bunlar qəza xidməti sahələri, təcili yardım, stasionar tibb müəssisələridir. Bu sahələrdə də işçilərin sayı məhdud olacaq.

BakuCity.az

xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər