Azərbaycanda 2 ay ərzində küçəyə çıxma qadağası təklif edildi - RƏSMİ

Azərbaycanda 2 ay ərzində küçəyə çıxma qadağası təklif edildi - RƏSMİ

“Yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib”.

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, yaxın iki ayda tam üç gün ərzində küçəyə çıxma qadağası təklif olunub. Sədrin sözlərinə görə bu təklif qəbul edilib, detalları müzakirə olunur: "Təklif beynəlxalq təcrübəyə əsaslanıb. Biz bu barədə Ramazan bayramı zamanı demişdik, amma insanlarımız tərəfindən qaydalara əməl edilməməsi nəticəsində yoluxma artıb”.

BakuCity.az

xeberler son deqiqe
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər