Bakıda Aeroport yolundan Bakıxanov istiqamətinə gedən yolda nəqliyyat vasitəsi yanıb.
BakuCity.az xəbər verir ki, hadisə dünən gecə, saat 23:00 radələrində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyevanın sözlərinə görə, 208 saylı sərnişin avtobusu qaraja gedərkən yolda alışıb. Avtobus alışarkən boş olub.
Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın partlayışdan sonra başlayıb. (qafqazinfo)