Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət etdi

Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət etdi

Əli Əsədov koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

BakuCity.az nazirin müraciətini təqdim edir:

"Hörmətli həmvətənlər!

Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan etmişdir, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.

Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.

Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır".

BakuCity.az

en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az
Cəmiyyət
Bu gün nə baş verəcək? “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşü düşünmürəm ki, hansısa nəticə verəcək. Çünki nəticənin olması üçün Ermənistan tərəfi Azərbaycanın ortaya qoyduğu şərtlərə tam şəkildə əməl etməlidir”. BakuCity.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov bu gün baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edərkən deyib. O bildirib ki, Ermənistan mövqeyini dəyişməyəcəyi təqdirdə danışı...
Cəmiyyət
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. BakuCity.az
Cəmiyyət
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təstiqləyib. Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib. BakuCity.az xəbər verir ki, təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəl...
Cəmiyyət
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək. BakuCity.az
Cəmiyyət
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb. BakuCity.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb. Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib: “Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda ş...