Metroda polisə tabe olmayan şəxslər həbs olundu

Metroda polisə tabe olmayan şəxslər həbs olundu

Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə BakuCity.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov saxlanılıblar. Buyurun onların özlərini dinləyək.

Həmçinin oxu: Bakıda metroda polislə “maska insidenti”nə görə 5 nəfər saxlanıldı

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BakuCity.az

en son kriminal xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər