Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib

Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib.

Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri yerləşən ərazidə hərəkətin təşkilində dəyişiklik edilib.

BakuCity.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində sözügedən ərazidə yeni geriyə dönmə yeri yaradılıb. Bunun üçün ərazidə yolun hərəkət hissəsi zəruri olan yerlərdə 1 və 2 hərəkət zolağı enində genişləndirilib, zəruri yol nişanları, eyni zamanda məlumatverici-göstərici lövhələr quraşdırılıb və standartın tələblərinə uyğun üfüqi nişanlama işləri aparılıb.

Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayıb. Artıq Bakı Dairəvi-1 avtomobil yolunun hər iki istiqaməti ilə hərəkət edən avtonəqliyat vasitələri yeni yaradılmış yol hissəsindən istifadə edərək qeyd edilən istiqamətlərdə, o cümlədən Badamdar şosesi istiqamətində rahat şəkildə hərəkət edə bilərlər.

Yeni yol hissəsinin yaradılması ilə hərəkətin təşkilində edilən dəyişikliklər nəticəsində sürücülərimiz həm uzun məsafə qət edərək vaxt itkisi ilə üzləşməyəcək, həm də aparılmış yenidənqurma işləri Badamdar şosesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

BakuCity.az

son xeberler kriminal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də...
Kriminal
Bakıda sərt karantin rejimini pozan növbəti obyekt aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları Nəriman Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində karantin qaydalarına zidd olaraq keçirilən məclisin qarşısını alıb. BakuCity.az xəbər verir ki, paytaxt polisindən məlumata görə, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib və məclis təşkil ediblər. Polisin əməliyyatı zamanı məclisin 27 i...
Kriminal
Bakının Qaradağ rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qadın özünü binadan yerə atıb.  1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (apa) BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib. BakuCity.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adрanom Qebreyesus bildirib. Baş direktorun qeyd etdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib. T.A.Qebreyesus bildirib ki, son bir həftə ərzində...
Biznes
İyulun 4-də Bakıdan İstanbula əlavə xüsusi reys yerinə yetiriləcək. Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək. Bu barədə BakuCity.az-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib. Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb. Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutu...
Ekologiya
Bakıda 3 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm...
Cəmiyyət
Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BakuCity.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inziba...
Cəmiyyət
İyulun 2-si Azərbaycanda Polis Günüdür. BakuCity.az xatırladır ki, bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1...
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...