Bakıda tələbə qız intihar etdi - FOTO

Bakıda tələbə qız intihar etdi - FOTO

Bakıda intihar hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Nərimanov rayonunda qeydə alınıb.

1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir.

Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib ki, mərhum təhsil ocağının Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi olub:

“Dövlət sifarişi ilə yüksək balla universitətə qəbul olub. Oxuduğu müddət əzində dərs göstəriciləri, davamiyyəti yaxşı olub. Bir sözlə, nümunəvi tələbə olub. Onun intihar etməsi hər kəs üçün gözlənilməz olub. Bizdə olan məlumata görə, tələbə əslən Şəmkirdən olsa da, Bakıda anası və qardaşı ilə kirayədə qalırmış. Onun yaxınlarına səbr diləyirik, baş sağlığı veririk və lazım olduğu qədər ailəsinə dəstək olmağa çalışacağıq”.

Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Bakıda tələbə qız intihar etdi - FOTO, fotoşəkil-1 Bakıda tələbə qız intihar etdi - FOTO, fotoşəkil-2 Bakıda tələbə qız intihar etdi - FOTO, fotoşəkil-3 Bakıda tələbə qız intihar etdi - FOTO, fotoşəkil-4

BakuCity.az

kriminal xeberler 2020
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər