Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.
Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi?
BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb.
P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah may ayının 31-ə kimi həm daxili, həm xarici uçuşlara məhdudiyyət qoyub: "Ona görə də uçuşların yenidən bərpa olunması haqqında biz qərar verə bilmirik. Operativ Qərərgahın bu barədə göstərişi olmalıdır".
BakuCity.az