Şəxsi bağ evlərinə getməyə icazə varmı? - RƏSMİ CAVAB

Şəxsi bağ evlərinə getməyə icazə varmı? - RƏSMİ CAVAB

Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər?

Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər.

Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi?

Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin insanlara da bir evindən digərinə getməsinə icazə verilməyəcək.

Bu səbəbdən də vətəndaşlar həmin günlərdə bağda, yaxud hansı evində qalmağı barədə əvvəlcədən qərar verməlidirlər. (baku.ws)

BakuCity.az

xeberler azerbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər