Bakı ilə Kiyev arasında birbaşa aviareys açılır

Bakı ilə Kiyev arasında birbaşa aviareys açılır

Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək.

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək.

BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb.

Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq.

Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib. 

Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir. 

BakuCity.az

biznes xeberleri yeni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər