Bakıda polis qadının həyatını xilas etdi - VİDEO

Bakıda polis qadının həyatını xilas etdi - VİDEO

Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib.

Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib. 

BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib. 

Çağırışa dərhal müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıblar. 

BakuCity.az

bu gun bakida olan hadiseler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər