Bakıda evdən çıxmaq qadağası kütləvi şəkildə pozuldu - VİDEO

Bakıda evdən çıxmaq qadağası kütləvi şəkildə pozuldu - VİDEO

Bakıda evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlər polis tərəfindən evə qaytarılıb.

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb.

Bəzi paytaxt sakinləri isə bu qadağa ilə barışmaq istəmirlər.

BakuCity.az xəbər verir ki, bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbərlər yayılsa da, budəfəki hadisə bir az tragikomik alınıb.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bakıdakı məhəllələrdən birində sakinlər kütləvi şəkildə həyətə çıxıblar. Bu zaman isə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

Polis avtomobilinin səsini eşidən “qayda pozucular” isə sürətlə evlərinə doluşublar.

BakuCity.az

xeberler baki
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər