Sərt karantin rejimi hər həftəsonu olacaq? - RƏSMİ AÇIQLAMA / VİDEO

Sərt karantin rejimi hər həftəsonu olacaq? - RƏSMİ AÇIQLAMA / VİDEO

Sərt karantin rejimi hər həftəsonu olacaq? 

Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu tutulmuşdu.

Bəs nə baş verdi və niyə rejim sərtləşdirildi? Bu rejim nə vaxta qədər davam edəcək?

BakuCity.az xəbər verir ki, bu suallara TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı aydınlıq gətirib.

R.Bayramlı həmçinin koronavirusu simptomsuz olaraq keçirən şəxslərdə yeni xoşagəlməz əlamətlər müşahidə etdiklərinə də diqqət çəkib. Üstəlik, evdə özünü müalicə etməyə çalışan insanlara sərt xəbərdarlıq edib.

Xüsusi karantin rejimindən mərhələ-mərhələ çıxarkən bir anda həftəsonu sərt karantin rejimi tətbiq edildi. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müsahibəsində karantin rejiminin qəfil sərtləşdirilməsinin səbəblərini açıqladı.

Ramin Bayramlı onu da bildirib ki, Operativ Qərargahın iş yükünün çoxalmasına, yoluxma sayının artmasına və nəticədə indiki vəziyyətin yaranmasına səbəb hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarıdır.

TƏBİB-in rəhbəri onu da qeyd etdi ki, həftəsonu tətbiq edilən sərt karantin qaydalarına təsadüfi gedilməyib və bunun dünyada tətbiq edilərək nəticə əldə olunan çoxsaylı elmi əsasları var.

Ramin Bayramlı hazırda yeni növ koronavirusu simptomsuz keçirən insanlarda yeni xoşagəlməz əlamətlər aşkar etdiklərinə də diqqət çəkdi.

TƏBİB-in İdarə Heyətinin sədri ən təhlükəli halların evdə özünü müalicə etməyə çalışan insanlarda meydana gəldiyini bildirdi və vətəndaşları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırdı.

TƏBİB sədri onu da qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah istənilən qərarı verməzdən öncə bütün təkliflər geniş şəkildə müzakirə olunur. Qərarlar isə həmişə insanlara minimal mənfi təsir edəcək şəkildə qəbul edilir. Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq. (Xəzər Xəbər)

BakuCity.az

xeberler azerbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. BakuCity.az
Cəmiyyət
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təstiqləyib. Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib. BakuCity.az xəbər verir ki, təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəl...
Cəmiyyət
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək. BakuCity.az
Cəmiyyət
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb. BakuCity.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb. Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib: “Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda ş...
Cəmiyyət
Bağçalarda təlim-tərbiyə hələ ki, bərpa edilmir. BakuCity.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir: "Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər". BakuCity.az
Cəmiyyət
Xankəndidə ermənilərin silah anbarı məhv edilib. BakuCity.az-ın təqdim etdiyi videoda Xankəndidə ermənilərin silah anbarının partladılması və yanması görüntüləri yer alıb. Videonu təqdim edirik. BakuCity.az
Cəmiyyət
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən haqqında cinayət işi açılan 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı, “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenidən işğal edilən Xankəndi şəhərinə qayıdıb. BakuCity.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində canlı yayımı zamanı deyib. Peqov hazırda Xankəndi şəhərinə gəldiyini, ətrafda atəş səsləri eşidildiyini istifadəçilərinə çatdırır. Qeyd edək ki, Peqov Ermənistan...
Cəmiyyət
Azərbaycan Ordusu uğurlu döyüşlər aparır. Biz müharibə edirik, düşməni öz ərazilərimizdən vurub çıxarırıq. Ordumuzun addımlarını müsbət qiymətləndirirəm. Azərbaycan Ordusu irəliləyir və qarşısına qoyulan məqsədləri inamla həyata keçirir. BakuCity.az xəbər verir ki, bu fikirləri Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib. O, bəyan edib...
Cəmiyyət
Ermənistan atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında etdiyi paylaşımda bildirib. Hikmət Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb. “Ermənistanın hərbi cinayətləri davam edir”. Now. One more civilian was killed by Armeni...