ÜST: Son sutkada136 mindən çox insan COVID-19-a yoluxdu

ÜST: Son sutkada136 mindən çox insan COVID-19-a yoluxdu

Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfərə çatıb.

BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının ümumi sayı isə 400 minə çatır.

“Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4 586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir”, - deyə təşkilatın xəbərində bildirilir.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 3 234 875 nəfərdə təhlükəli virus aşkarlanıb.

BakuCity.az

sonxeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər