Aptek sahibi İTV-nin əməkdaşlarına təzyiq göstərdi - FOTO

Aptek sahibi İTV-nin əməkdaşlarına təzyiq göstərdi - FOTO

İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar.

Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

BakuCity.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb.

Aptek sahibi İTV-nin əməkdaşlarına təzyiq göstərdi - FOTO, fotoşəkil-1

Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən aptek sahibi Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Ş.Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə – 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.

Araşdırma davam edir.

Qeyd edək ki, Ş.Eyvazov ehtiyyatda olan kapitandır və 2005-ci ildən İTV-də çalışır. 2007-ci ildən isə İctimai televiziyanın Qarabağ bürosunda fəaliyyətini davam etdirir. 

BakuCity.az

son kriminal xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər