TƏBİB: Bu həftəsonu və bayram günü qadağalar olacaq

TƏBİB: Bu həftəsonu və bayram günü qadağalar olacaq

"Gələcək həftələrdə, ümumiyyətlə, qadağalardan danışmaya bilərik".

BakuCity.az xəbxər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı 6-8 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən küçəyə çıxma qadağasına əməl edən vətəndaşlara Operativ Qərargah və bütün həkimlər adından təşəkkür edib.

R.Bayramlı bildirib ki, sərt karantin rejimi tətbiq edilən yerlərdə əhali həmrəylik nümayiş etdirərək qaydalara əməl edib. TƏBİB sədri gələcək günlərdəki qadağalardan da danışıb:

“İki gün ərzində virusa yoluxmanı nə qədər minimuma endirə bildiyimizin təhlilini indi verə bilmərik. Əlimizdə bu təcrübədən istifadə edən digər ölkələrin nəticələri var. Buna əsaslanaraq yoluxmanın azalacağını gözlədiyimizi deyə bilərik. Ancaq bir-iki həftə sonra aparacağımız statistik təhlillər bunun əhəmiyyətini göstərəcək. Buna görə də planlanır ki, önümüzdəki həftə sonları və həftə sonlarını bayrama bağlanan günlərdə də bu tətbiq olsun.

Bu şərtlə ki, insanlarımız işə icazə verilən günlərdə qaydalara əməl etsinlər. Bunların hamısının kompleks nəticəsi təhlil olunduqdan sonra gələcək həftələrdə, ümumiyyətlə, qadağalardan danışmaya bilərik". (redaktor.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər