Bakıda maska taxmayan sakin "ölmək istəyirəm" deyib operatora hücum etdi - VİDEO

Bakıda maska taxmayan sakin "ölmək istəyirəm" deyib operatora hücum etdi - VİDEO

Xətai rayonu ərazisində reyd keçirilib.

Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi olmasına baxmayaraq bu qaydalara məhəl qoymayan vətəndaşlar keçirilən reyd zamanı cərimə olunublar.

BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis və Xətai rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində reyd keçiriblər.

Metronun Əhmədli stansiyasının ətrafında baş tutan reyd zamanı tibbi maskadan istifadə etməyərək qaydaları pozan xeyli vətəndaş aşkar edilib.

Avtobus dayanacağında tibbi maskadan istifadə etməyən bu vətəndaş isə etdiyi əmələ haqq qazandırmaqla yanaşı, çəkiliş qrupuna da hücum edib.

Ticarət obyektlərində işləyən bəzi satıcılar da müştərilərlə ünsiyət zamanı tibbi maskadan istifadə etmirlər.

İnsanlar tibbi maskadan istifadə etməmələrini müxtəlif səbəblərlə əlaqələndirirlər. İnfeksiyanın daha geniş yayıla biləcəyi yerlərdən biri də ictimai nəqliyyatdır.

Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyatda da tibbi maskalardan istifadə etmək məcburidir. Lakin avtobuslarda bəzi sərnişinlər tibbi maskadan istifadə etsələr də, onların arasında bu qaydaya əməl etməyənlər də var.

Banklar qarşısında növbə gözləyən əksər vətəndaşların da həm tibbi maskadan istifadə etmədiyi, həm də ara məsafə saxlamadığı məlum olhb. Qaydaları pozan şəxslər 50 manat miqdarında cərimə olunublar. (Xəzər Xəbər)

BakuCity.az

Xətai Reyd Polis xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər