Bakıda bu istiqamətlərə gediş-gəliş asanlaşdı - FOTO

Bakıda bu istiqamətlərə gediş-gəliş asanlaşdı - FOTO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində yenidənqurma işləri yekunlaşdırılıb.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən BakuCity.az-a məlumat verilib.

Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avtomobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Həmin küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2,5 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirildi.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 30 min kv.m-dən artıq sahəni əhatə edib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, 26 yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin 80 baxış qapağı yenisi ilə əvəz olunub, 1 900 kv.m sahədə yol birləşmələri təmir edilib.

Bakıda bu istiqamətlərə gediş-gəliş asanlaşdı - FOTO, fotoşəkil-1 Bakıda bu istiqamətlərə gediş-gəliş asanlaşdı - FOTO, fotoşəkil-2 Bakıda bu istiqamətlərə gediş-gəliş asanlaşdı - FOTO, fotoşəkil-3 Bakıda bu istiqamətlərə gediş-gəliş asanlaşdı - FOTO, fotoşəkil-4

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər