Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində - VİDEO

Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində - VİDEO

Paytaxtda daha bir yerüstü piyada keçidi istifadəyə veriləcək.

Paytaxtın Neapol küçəsində, Heydər Əliyev parkının yanında müasir görkəmi ilə seçilən daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə veriləcək.

BakuCity.az xəbər verir ki, AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, piyada keçidi təhlükəsiz istismar, partlayış, yanğın təhlükəsizliyini təmin edən normalara uyğun inşa edilib.

Keçidin indiki hazır vəziyyətindən öncə, yalnız beton sütunlar olan zaman bəzi vətəndaşlar keçidin çox hündür, pilləkənlərin sayının çox olduğunu bildirərək, yaşlı və fiziki məhdudiyyətli insanların, hamilə qadınların və digərlərinin burdan istifadə edərkən böyük əziyyət çəkəcəklərini qeyd edirdilər.

Əhalinin həssas təbəqəsi nəzəri alınaraq, keçiddə liftlər quraşdırılıb. (Baku.Tv)

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər