190 manat birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA - RƏSMİ

190 manat birdəfəlik ödəmə ilə bağlı  AÇIQLAMA - RƏSMİ

190 manat birdəfəlik ödəmələr yenidən verilə bilər?

Koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və  vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi.

İyun ayında da 190 manat verilə bilərmi?

BakuCity.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı 190 manatın ödənişi başa çatdığını deyib.

"Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir”,- F.Talıblı qeyd edib.

190 manat ödənişlə bağlı şikayətlərin araşdırılmasına gəlincə, F.Talıblı bildirib ki, həmin ərizələr müraciət etdikləri tarixə uyğun olaraq araşdırılır. (Yeni Müsavat)

BakuCity.az

xeberler xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər