Bakı metrosu bu tarixlərdə bağlanacaq - RƏSMİ

Bakı metrosu bu tarixlərdə bağlanacaq - RƏSMİ

Metropolitendə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.

BakuCity.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qərarda qeyd olunduğu tarixlərdə metro fəaliyyətini məhdudlaşdıracağını deyib:

“Hər gün saat 00:00-da metrolara sərnişin daxil olması dayandırılır. Həmin vaxta qədər daxil olan sərnişinlər mənzil başına çatdırılacaq və fəaliyyətimizə 16 iyun 06:00-da yenidən başlayacağıq.

Bu Nazirlər Kabinetinin qərarıdır. Qərarı icra etmək vəzifəmizdir. Bu və digər qərarlara qeyd-şərtsiz əməl olunur. Baş nazirin sosial izolyasının sərtləşdirilməsi ilə bağlı imzaladığı bu, son qərara da əməl olunacaq.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər