Bu saatlarda küçəyə çıxmayın - RƏSMİ XƏBƏRDARLIQ

Bu saatlarda küçəyə çıxmayın - RƏSMİ XƏBƏRDARLIQ

İyunun 13 və 14-də havanın temperaturu yüksələcək.

Bu barədə BakuCity.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, iyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

BakuCity.az

Şərhlər