Nazir müavinləri Ceyranbatandaki yanğın yerinə getdi - VİDEO (YENİLƏNİB)

Nazir müavinləri Ceyranbatandaki yanğın yerinə getdi - VİDEO

Nazir müavinləri Ceyranbatanda yanğın hadisəsi baş verən əraziyə gediblər.

BakuCity.az xəbər verir ki, hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

BakuCity.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

***

Abşeron rayonu ərazisində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

BakuCity.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 2 helikopter cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

BakuCity.az

Şərhlər