Massimo Klementi: Virus zəifləyir, ikinci dalğa olmayacaq - AÇIQLAMA

Massimo Klementi: Virus zəifləyir, ikinci dalğa olmayacaq - AÇIQLAMA

Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir.

BakuCity.az xəbər verir ki, bunu Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib.

Massimo Klementi bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid verir.

M.Klementinin sözlərinə görə, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayının artması ilə yanaşı, kəskin vəziyyətdə olan xəstələrin sayında azalma da qeydə alınır.

Araşdırmalar mart və mayın ikinci yarısındakı göstəricilərə əsasən aparılıb. Məlum olub ki, martda virus maydakına nisbətən onlarla dəfə artıq olub: "Bu, onu demeyə əsas verir ki, virus zəifləyir. Müxtəlif ölkələrdən aldığımız məlumatlar da bunu təsiqləyir. Virus digər koronavirus infeksiyaları kimi son həddə qədər zəifləyə bilər. Bu isə insan həyatı üçün ciddi təhlükə yaratmaz. Belə olarsa, payızda ikinci dalğa olmayacaq”, - deyə M.Klementin bildirib. (cebhe.info)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər