AZAL: Bakı-Naxçıvan-Bakı uçuşları həftədə 2 dəfə olacaq

AZAL: Bakı-Naxçıvan-Bakı uçuşları həftədə 2 dəfə olacaq

Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışına başlanıb.

BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.

E.Hacıyevin sözlərinə görə, reyslər həftədə 2 dəfə həyata keçiriləcək: "İlk reys iyunun 18-i saat 12:00-da Bakıdan Naxçıvana olacaq. Həmin gün saat 15:00-da Bakıdan Naxçıvana ikinci reys həyata keçiriləcək. Həmin gün Naxçıvandan Bakıya saat 14:10-da birinci, 17:10-da ikinci reys reallaşacaq. Ondan sonra hər həftənin ikinci və dördüncü günləri Bakıdan 15:00-da, Naxçıvandan isə 17:10-da reyslər yerinə yetiriləcək".

AZAL rəsmisi plastik kartı olmayan sərnişinlərə şərait yaradılacağını da qeyd edib: "İndiki tələblərimizə görə yalnız hərə özünə məxsus kartla bilet almalıdır. Kartı olmayan sərnişinlər Çağrı Mərkəzimizə zəng etməklə digərinin kartı ilə özünə bilet ala bilər, amma bu xidmət məhdud sayda sərnişinə göstəriləcək".

BakuCity.az

Şərhlər