Bakıda çimərliklər açılır: yalnız bu çimərliklərdə çimə bilərsiniz

Bakıda çimərliklər açılır: yalnız bu çimərliklərdə çimə bilərsiniz

Paytaxtın 6 ictimai çimərliyi dəniz mövsümünə tam hazırdır.

“Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır”.

BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov deyib.

B.Həsənov bildirib ki, çimərlik ərazisində vətəndaşları qaydalar barədə məlumatlandıracaq lövhələr vurulub:

“Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. İyunun 15-dən sonra çimərlikdə tibb məntəqələri də fəaliyyət göstərəcək. Biz inanırıq ki, görülmüş bu tədbirlər digər çimərliklər üçün də nümunə olacaq”.

Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək. (real tv)

BakuCity.az

Şərhlər